“Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, paytaxt sakini Gəray İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması diqqətinə çatdırılıb:
“Gəray İskəndərov bu əməlindən peşman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzrxahlıq edib”.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə gənc oğlanın pulun üzərinə tüpürməsi ciddi müzakirələr səbəb olub. Gənc oğlan marketlərdən birində ödəmə terminallarına yaxınlaşıb ödəniş edir. Lakin o, ödəniş etməzdən əvvəl əsginasın üzərinə tüpürür və bunu kameraya göstərib.
Follow @7timesaz