Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Avropaya dərindən təsir göstərməkdə davam edir. Rusiya prezidenti Vladimir Putinin qitəyə qazı kəskin şəkildə azaltması ilə dərinləşən enerji böhranı bu qış Avropanın bir nömrəli problemi kimi görünür. Enerji mənbələri üçün alternativ axtaran ölkələr qənaət planları ilə qışdan çıxmağa çalışır.
Belə bir vaxtda ekspertlərdən qorxunc açıqlamalar gəlib.
Qəzetə danışan ekspertlər bu qışın çətin keçəcəyini düşünən insanlara “Gələn qışın (2024) çox daha pis olacağı” barədə xəbərdarlıq ediblər.
“Council on Geostrategy” analitik mərkəzin həmtəsisçisi Ceyms Rocers qarşıdan gələn qışın daha tutqun olacağını düşünür. Bu qış qaz ehtiyatlarının tükənməsindən sonra gələn il onları dolduracaq heç bir qaynağın olmayacağını iddia edən Rocers deyib:
“Həll yolu qalıq yanacaqlardan yenilənə bilən enerjiyə keçməkdir, lakin belə bir layihənin tamamlanması on il çəkə bilər”.
Ekspert Böyük Britaniyanın Rusiya qazından nisbətən aşağı asılılığına baxmayaraq, birbaşa asılı olan Almaniyadan daha çətin bir dövrlə üzləşdiyini iddia edib:
“Gələn ilin yazına qədər ehtiyatda olan qazın böyük hissəsi yox olacaq və qitə Rusiyadan son çarə kimi istifadə edəcək. Aİ bu qışı depolar sayəsində keçirə biləcək, bəs gələn qış anbarlar boş olanda nə baş verəcək?”
Digər tərəfdən, Avropa İttifaqının üç əsas qurumundan biri olan Avropa Parlamentinin enerji böhranı ilə əlaqədar bəzi qərarlar aldığı bildirilir. AP üzvlərinə daxili bəyannamə ilə çatdırılan qərarlara əsasən, həftə sonları ilə yanaşı, cümə günləri də istilik təchizatı tamamilə kəsiləcək. Təhlükəsizlik məqsədləri istisna olmaqla, binaların işıqlandırması söndürüləcək./”Paralel.az
Follow @7timesaz