“Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk etdikdə onu hələ hökumət ilə iclasda gözləyirdilər”.
7Times.az xəbər verir ki, bunu Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Aqbar deyib.
Səfirin sözlərinə görə, Prezident avqustun 15-i ölkədən qaçarkən büdcə vəsaitlərini də özü ilə aparıb və bununla da əfqan xalqını qarət edib.
“Qaninin müavinlərinin heç biri onun qaçmaq istədiyini bilmirdi. Qani hökumətinin müdafiə nazirinin sözlərinə görə, Əşrəf Qaninin müşaviri Müdafiə Nazirliyinə zəng edib və Prezidentin saat 16:00-da iclasda olacağını bildirib. Onlar isə hazırlaşıb, Prezidenti gözləyib. Lakin məhz həmin vaxtda içərisində Qani və yaxınları olan 3 təyyarə Kabil hava limanından havaya qalxıb”, – deyə əfqan səfir vurğulayıb.
Bununla yanaşı, Məhəmməd Zohir Aqbar əlavə edib ki, “Taliban” hərəkatı Qaninin satqınlığı səbəbindən Əfqanıstanda hakimiyyəti asanlıqla ələ keçirib. O bildirib ki, Qani dürüst məmurları işdən qovaraq onların yerinə təcrübəsiz şəxsləri təyin edib.
Follow @7timesaz