Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanı tərk edərək, Birləşmiş ərəb Əmirliklərinə gedən və özü ilə 169 milyon dollarlıq sərvət apardığı iddia edilən Əşrəf Qaninin qızı Məryəmin Nyu-Yorkda lüksə həyat yaşadığı üzə çıxıb.
7Times.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, həyatında yalnız bir dəfə Əfqanıstana getdiyi irəli sürülən 42 yaşlı Məryəm ölkəsi Əfqanıstanı Talibanın ələ keçirməsi, atasının ölkəni tərk etməsindən bir neçə gün sonra Bruklində dostları ilə gəzərkən görüntülənib.
Klinton Hilldə lüks həyat yaşayan prodüser Məryəmin dostları ilə söhbət etməsinin görüntüləri ortaya çıxıb.
Bundan sonra o, Nyu-Yorkdakı sənət camiəsinə səslənərək, əfqan qadınlarına dəstək vermələrini istəyib.
ABŞ mətbuatı tərəfindən görüntülənən Məryəm sualları cavabsız qoyub.
Follow @7timesaz