Estoniyada keçirilən parlament seçkilərində ölkənin hazırkı baş naziri Kaya Kallasın rəhbərlik etdiyi İslahat Partiyası qalib gəlib.
Modern.az xəbər verir ki, səsvermədə istifadə edilən bülletenlərin hamısı sayılıb.
Hakim siyasi partiya 31,2% səslə birinci olub. İkinci yerdə 16,1% səslə Mühafizəkar Xalq Partiyasını qərarlaşıb.
Mərkəz Partiyası 15,3%, liberal “Eesti 200” partiyası 13,3%, Sosial Demokrat Partiyası 9,3% və milli mühafizəkar İsamaa partiyası 8,2% səs toplayıb. Digər partiyalar 5%-lik seçki baryerini aşa bilməyib.
İslahat Partiyası Estoniya parlamentində “Riigikogu) 37 yer qazanıb ki, bu da 2019-cu il seçkiləri ilə müqayisədə 3 yer çoxdur. Mühafizəkarlar Partiyası 17 yer (əvvəlki seçkilərdən 2 yer az), Mərkəzçilər 16 (10 yer az) yer əldə edib.
Estoniya parlamenti 101 deputatdan ibarətdir, parlamentarilər 4 il müddətinə seçilir. Parlament Estoniya prezidentini seçir və Estoniya hökumətinin fəaliyyətinə nəzarət edir.
Follow @7timesaz