Dünya

Estoniyada sovet abidələri söküləcək

Estoniyada sovet abidələri söküləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyada ictimai yerlərdə olan və SSRİ-ni tərənnüm edən abidələr söküləcək.

7Times.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin baş naziri Kaja Kallas verib.

“Biz qərara gəldik ki, sovet sistemini təbliğ edən abidələr ictimai məkandan köçürülsün. Bu qərarı təcili icra edəcəyik”, – deyən baş nazir əlavə edib ki, sökülmənin konkret tarixləri və prosedurları yerli hakimiyyət orqanlarının hazırlığından və logistika planından asılıdır.

O, xüsusilə Sovet əsgərlərinin azadedici imicini yaradan, təbliğ edən tank abidəsi üzərində dayanıb. Onun sözlərinə görə, abidə Narva şəhərinin bələdiyyəsinə aiddir və buranın meri Katri Raik abidənin köçürülməsinə qarşı çıxıb.Baş nazir onu da vurğulayıb ki, həlak olan sovet əsgərlərinin xatirəsinin anılması heç bir halda qadağan edilməyəcək: “Lakin bu, xüsusi yerlərdə, yəni qəbiristanlıqda keçirilməlidir. Tank qətl silahıdır, o, xatirə obyekti deyil və insanlar indi Ukraynanın küçələrində həmin tanklardan atılan atəş nəticəsində ölürlər”, – deyə Kallas fikrini yekunlaşdırıb.(Sfera.az )