Hadisə

Əşyaları eyvandan atan qadın polisə çağırıldı

Əşyaları eyvandan atan qadın polisə çağırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda əşyaları eyvandan həyətə atan qadın polis şöbəsinə dəvət olunub.

7times.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ev əşyalarını eyvandan tullayan 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub: “Hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır. Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb. Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb”.