Putin növbəti zərbəni ən etibarlı iki ölkədən alıb.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, fevralın 24-dən bu yana Rusiya ilə Ukrayna arasında müharibə aramsız davam etdiyi bir vaxtda Rusiya lideri Putin pis vəziyyətə görə qismən hərbi səfərbərliyə qərar verib. Digər tərəfdən, həftə ərzində keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında baş verən hadisə Putini şoka salıb. Putinin ən çox güvəndiyi və müttəfiqi adlandırılan ölkələr arasında Çin və Hindistan Ukraynada müharibəyə son qoymağa çağırıb.
Aylardır davam edən müharibədə həm Çin, həm də Hindistan rəsmiləri Rusiyaya müharibəni bitirmək üçün çağırış edəcəklərini bildirib.
Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiyaya təəccüblü bir dəstək gəlib. Malidə keçid dövrü baş naziri təyin edilən polkovnik Abdoulaye Maiga Moskva ilə səmərəli əməkdaşlıq etdiyini açıqlayıb.(azxeber.com)
Follow @7timesaz