Dünya

“Etiraf edirik ki, təhlükəsizlik problemi var…” – ABŞ-ın Cənubi Qafqaz nümayəndəsindən açıqlamalar

“Etiraf edirik ki, təhlükəsizlik problemi var…” – ABŞ-ın Cənubi Qafqaz nümayəndəsindən açıqlamalarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 6-da Bakıda səfərdə olan ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono brifinq keçirib.

7Times.az  “Turan” agentliyinə istinadla xəbər verir ki, o əvvəlcə səfərinin məqsədindən danışıb: “Bir neçə həftə öncə Dövlət katibi Blinkeni Münxen səfərində müşayiət etdim, orada onun Prezident Əliyev və Baş nazir Paşinyan ilə görüşləri oldu. Görüş konstruktiv idi və bu fikri görüşün bütün iştirakçıları bölüşürlər. Bundan sonra dövlət katibi məndən xahiş etdi ki, sülh prosesini davam etdirmək üçün mümkün qədər tez zamanda regiona səfər edim”.

“Əgər Bakı ilə Yerevan nümayəndələrinin görüşlərindən, razılaşmalarından sonra təxribatlar və atəşkəsin pozulması baş verirsə, ABŞ sülh prosesinin saxlanması üçün nə edə bilər” sualının cavabında deyib ki, ABŞ vasitəçi rolunda çıxış edir. “Sülh prosesinin davamlı olması üçün tərəflərin özləri bunu istəməlidir” – deyə, Bono bildirib.

Laçın dəhlizi haqda sualın cavabında Bono Dövlət katibi Blinkenin Münxendə dediyi sözləri xatırladıb. Blinken deyib ki, yol əhalinin hərəkəti üçün açıq olmalıdır.

“Biz etiraf edirik ki, təhlükəsizlik problemi var, lakin zəruri malların və mülki yüklərin hərəkət etməsi, Qarabağ əhalisi üçün əlçatan olması vacibdir”, – Bono deyib.

“Bizim məqsədimiz, vəzifəmiz azərbaycanlıların və ermənilərin əziyyətlərinə son qoymaqdır ki, bu xalqlar dinc yanaşı yaşaya bilsinlər”, – o, fikrini yekunlaşdırıb.