CHP-nin keçmiş nümayəndəsi, keçmiş nazir Mehmet Sevigen Türkiyədə keçirilən seçkilərlə bağlı açıqlama verib.
7Times.az xəbər verir ki, Sevigen Cnntürk-ə açıqlamasında CHP-nin sədri, müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu istefa verməyə çağırıb. O bildirib ki, Kamal Kılıçdaroğlu partiyanın ənənələrinə uyğun siyasət həyata keçirmir. Mehmet Sevigenin sözlərinə görə, Kılıçdaroğlu CHP-nin sədrliyindən istefa verməsə, müxalifət hakimiyyətə gələ bilməyəcək.
“Ətrafını yığışdır get” deyən Sevigen, CHP daxilindəki gərginlikdən danışıb. Sevigen həmçinin Kamal Kılıçdaroğlunun ittifaq qurduğu qruplara və terrorçulara dəstək verən HDP ilə əməkdaşlıq etdiyinə diqqət çəkib.
Follow @7timesaz