Kriminal

Evdən çıxan 7 COVID-19 xəstəsi saxlanılıb

Evdən çıxan 7 COVID-19 xəstəsi saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar.

DİN Mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, aprelin 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Onlardan Gəncə şəhər sakini R.Sadıqov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.