Maliyyə saxtakarlığına görə xalları silinən İngiltərənin “Everton” klubunun apelyasiya şikayətinə baxılıb.
Fanat.Az xəbər verir ki, Liverpul təmsilçisinin silinən 10 xalından 4-ü bərpa olunub.
Bu barədə müvafiq qurum açıqlama yayıb.
Apellyasiya heyəti “Everton”un 9 arqumentindən ikisi ilə razılaşıb. Nəticədə cəza yumşaldılıb – əvvəlki cəza 6 balın silinməsi ilə əvəz edilib.
Qeyd edək ki, sözügedən klub üç il ərzində maliyyə qaydalarını pozduğuna görə noyabrda ciddi cəzalandırılmışdı. Hansı ki, indiyə qədər Premyer Liqada heç bir klubdan 10 xal silinməmişdi.
Beləliklə, xallarının sayı 25-ə yüksələn “Everton” iki pillə irəliləyərək 15-ci yerə qalxıb. Liverpullular növbəti matçını martın 2-də öz meydanında “Vest Hem”ə qarşı keçirəcək.
Follow @7timesaz