Belçikada bir qadın evində çıxan yanğına müdaxilə etmək istəyən yanğınsöndürənlərin qarşısını alıb, nəticədə əri yanğında həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğınsöndürənlər hadisə yerinə gedib.
Lakin evdə yaşayan qadın aqressiv davranışlarla bir müddət girişi bağlayaraq yanğın söndürənlərin yanğına müdaxilə etməsinə mane olub.
Hadisə yerinə gələn polis qadını nəzarətə götürüb.
Yanğınsöndürənlər yanğını söndürüblər.
Lakin qadının 50 yaşlı əri evdə ölü tapılıb.
Yanğınla bağlı başladılan istintaqda dindirilən qadın məhkəməyə gətirilib.
Məhkəmə qadının həbsinə qərar verib.
Prokuror həbsin səbəbini açıqlamayıb.
Belçikalı cütlüyün qonşuları əvvəllər evdən tez-tez dava səsləri eşitdiklərini bildiriblər.
Follow @7timesaz