Bakıda 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
7times.az xəbər verir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Mübariz Məmməd oğlu Qasımov yaşadığı evdə yıxılaraq xəsarət alıb.
Kəllə-beyin xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilən M.Qasımov iki gün sonra orada vəfat edib.
Araşdırma aparılır.
Follow @7timesaz