Hadisə

Evinə gələn elektrik xəttini düzəltmək istədi, faciəvi şəkildə öldü

Evinə gələn elektrik xəttini düzəltmək istədi, faciəvi şəkildə öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ucar rayon prokurorluğundan verilən məlumat görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.Oxu.az