Ölkə

“Evinə zorla girərək 6 aylıq hamilə qadını…” – Azərbaycanda İYRƏNC OLAY

“Evinə zorla girərək 6 aylıq hamilə qadını…” – Azərbaycanda İYRƏNC OLAYbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda qadınların evinə girərək zorla onlarla cinsi əlaqədə olmağa çalışan 1990-cı il təvəllüdlü Kənan Bayramov (soyadlar şərtidir) cəzalandırılıb. 

7Times.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrın 24-də 6 aylıq hamilə olan İlahə Quliyevanın evinə daxil olaraq onunla zorla cinsi əlaqədə olmağa çalışıb. Belə ki, hadisə günü İlahə çimdikdən sonra saçını fenlə qurudarkən qəflətən Kənan əli ilə onun ağzından tutub boğazına bıçaq dayayaraq səs çıxartmamasını deyib və onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Həmin gün İlahə iki oğlunu çörək almağa göndərdiyindən evdə tək olub. İlahə ona evdə olan qızılları götürməsini və onu buraxmasını desə də, Kənan razılaşmayıb. Bu zaman oğulları darvazanı döyməyə başlayıb. Kənan İlahəyə uşaqları içəri salmasını və geri qayıtmasını tapşırıb. İlahə isə uşaqlara qaçmalarını deyərək özü də kömək üçün qonşusunun evinə gedib.

Bundan başqa Kənan Bayramov 2021-ci ilin iyunun 23-də tək yaşayan Kəmalə Yaqubovanın evinə daxil olaraq onunla zorla cinsi əlaqədə olmağa çalışıb. Belə ki, o Kəmalənin mətbəxindən bıçaq götürərək Kəmalənin boğazına dayayıb. O, Kəmaləni zorlamağa çalışsa da, qadın qaçaraq xilas olmağı bacarıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Bayramov Cinayət Məcəlləsinin 29, 149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 29, 149.2.5-ci (təkrar zorlamaya cəhd), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 181.2.3-cü (quldurluq- yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq- silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az