ATV-nin “1 dəqiqə” proqramının budəfəki qonağı müğənni Mənzurə Musayeva olub.
7Times.az xəbər verir ki, müğənni həyatının ən xoşbəxt və ən bədbəxt gününü danışarkən göz yaşlarını saxlaya bilməyib.
“Ən xoş günüm sevdiyim oğlanla ailə həyatı quranda idi. Amma çox səhv etmişəm. Ailə qurduğum ilk gün bildim ki, səhv etmişəm. Elə bilirdim onu sevmişəm. Tam əksi oldu. Çox bədbəxt oldum. Çox səhv elədim. Sevdiyin insanla boşandığım an da ən bədbəxt günümdür. 7 il birgə yaşadığın insanla ayrıldığn an”.