İdman

“Əvvəlcə Messini transfer etmək istəyirdik” – “Əl-Nəsr”in baş məşqçisi

“Əvvəlcə Messini transfer etmək istəyirdik” – “Əl-Nəsr”in baş məşqçisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əl-Nəsr”in baş məşqçisi Rudi Qarsiya təkcə Kriştiano Ronaldonu deyil, həm də Lionel Messini komandasında görmək istəyirmiş.
Qol.az xəbər verir ki, “Marca”ya açıqlamasında portuqaliyalı hücumçunun keçidi ilə bağlı danışan mütəxəssis daha əvvəl Argentina millisinin və PSJ-nin üzvü Lionel Messini heyətə cəlb etmək istədiklərini deyib:
“Əvvəlcə Messinin transferini istəyirdim. Mən şəxsən Leonu Dohadan (Qətərin paytaxtı – red.) gətirməyə çalışdım” – deyə Qarsia bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu Ronaldo ilə 2.5 illik müqavilə bağlayıb. “Əl-Nəsr”in “Real”dan Luka Modriç və PSJ-dən Serxio Ramosla maraqlanması ilə bağlı məlumatlar da yayılıb.