İtaliyanın məşhur turizm bölgəsində turistlərə bikinili və çılpaq gəzmək qadağan edilib.
7Times.az Sfera.az-a istinadən xəbər verir ki, Sorrento meri Massimo Koppola çılpaq və bikini ilə gəzənlərin yerli sakinləri narahat etdiyini bildirib.
Qadağaya riayət edilməsinə nəzarət üçün polislər patrul xidməti göstərəcək.
Pompey və Neapola yaxın sahil qəsəbəsinin bələdiyyə başçısı da bəzi turistlərin əxlaqa zidd hərəkətlər etdiyinə şahid olduğunu qeyd edib:
“Bu vəziyyətin davam etməsi qəsəbəmizin imici və turizmi üçün mənfi mülahizələrə səbəb olur, yerli sakinlər və qonaqlar arasında narahatlıq yaradır”.
Qadağaya əməl etməyənlər təxminən 885 manata yaxın (511,95 avro) cərimə olunacaqlar.
Ölkənin bəzi turizm bölgələrində isə əxlaqa zidd geyimlərlə yanaşı ayaqyalın gəzmək də qadağandır.
Follow @7timesaz