İtaliyada “Big Brother” proqramı ilə məşhurlaşan 37 yaşlı televiziya ulduzu Monika Sirianni dostları ilə getdiyi məkanda əylənərkən yerə yıxılaraq dünyasını dəyişib.
7Times.az Haber Global-a istinadən xəbər verir ki, əyləncə məkanında anidən halı pisləşən Monika çağırılan təcili yardım tərəfindən xəstəxanaya aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.
Televiziya ulduzunun ölümünün dəqiq səbəbi hələlik açıqlanmasa da, onun infarkt keçirdiyi ehtimal olunur.
Aparıcının ani ölümü pərəstişkarları və ailəsi arasında böyük kədərə səbəb olub.
Qeyd edək ki, Monika 2011-2012-ci illərdə “Big Brother”in 12-ci mövsümünə qoşulduqdan bir ay sonra şoudan kənarlaşdırılıb.
Follow @7timesaz