Dünya

Facebook holokostu inkar edən kontenti qadağan edəcək

Facebook holokostu inkar edən kontenti qadağan edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” şirkəti Holokostu inkar, yaxud təhrif edən hər hansı paylaşımlara qadağa qoyub.

7times.az “Reuters”ə istinadən xəbər verir ki, şirkətin bugünkü açıqlamasında həmçinin bu ilin sonundan başlayaraq Holokostun inkarı ilə bağlı axtarış verən istifadəçilərin şəbəkənin mötəbər məlumatlar təchizatından məhrum olunacağı bildirilir.

“Facebook”un yəhudi olan icraçı direktoru Mark Zukerberq öz hesabından bildirib: “Mən sərbəst ifadə ilə Holokostun dəhşətini azaltmaq və ya inkar etməyin vurduğu zərər arasındakı ziddiyyətlərlə mübarizə aparırdım. Antisemitizm zorakılığının artmasını ehtiva edən məlumatlar gördükcə şəxsi fikirlərim təkamül yolu keçib və nifrət ifadə edən paylaşımlara qarşı siyasətimizin genişləndirməsinə vəsilə olub”.

Dünya Yəhudi Konqresi və Amerika Yəhudi Komitəsi bu qərarı alqışlayıb.report