İranda getdikcə artan yüksək yaşayış bahalığı qarşısında dolanışıqlarını təmin etmək üçün seks işinə müraciət edənlərin sayı artıb.
Tehranda boşanmış qadın kimi yaşayan Neda deyir,etdiklərimdən utanıram, amma başqa seçimim varmı? Gündüzləri bərbər işləyən Neda, gecələr çörək pulu qazanmaq üçün ikinci işə düzəlir və seks üçün bədənini satmaq məcburiyyətində qalır.
“Mən qadınlara hörmət olunmayan, iqtisadiyyatın çökdüyü və hər şeyin qiymətinin demək olar ki, hər gün artdığı bir ölkədə yaşayıram.Mən tək anayam. Oğluma qulluq etməliyəm. Fahişəlik yaxşı gəlir verir. Şəhərin mərkəzində kiçik bir ev almağı planlaşdırıram. Bu, həyatımın acı həqiqətidir. Sözün əsl mənasında canımı satıram. .”



