Dünya

Fahişəliyə cəlb olunan azərbaycanlı qız: Gün ərzində 7 manatdan 15 nəfərlə…”

Fahişəliyə cəlb olunan azərbaycanlı qız: “Gün ərzində 7 manatdan 15 nəfərlə…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı qadınları Türkiyəyə aparaq fahişəliyə cəlb etməkdə təqsirləndirilən Nuranə Əliyevanın (ad-soyad şərtidi) cinayət işi

7Times.az Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan qadının cinayət işi materiallarına istinadən zərərçəkmişlərin dəhşətli ifadələrini təqdim edir…

Məhkəmədə dindirilən zərərçəkmiş Nuray Nəzərova (şərtidir) ifadəsində bildirib ki, Xaçmazda ağır vəziyyətdə yaşayıb: “Türkiyəyə gedib, normal işdə çalışmaq niyyətim vardı. Rayonda bir-iki tanıdığımla məsləhətləşdim. Rayondan Nurəsdə adlı qız yaxın vaxtlarda İstanbula gedəcəkdi. Mən də onunla əlaqə saxladım, birlikdə getməyə qərar verdik. İstanbula çatanda bizi Nuranə və Murad adlı türk qarşılayaraq evlərinə apardı. Həmin axşam Nuranə məndən pasportumu istədi. Dedi ki, etibarlı yerdə saxlayaq. Mən də razılaşaraq pasportumu ona verdim. Sabahı gün Nuranə mənə burada fahişəlikdən başqa iş olmadığını dedi. İstanbula gələndə borc alıb gəldiyimdən onun dediyi ilə razılaşmağa məcbur qaldım. Nuranə və Murad müştərilər tapırdı, pulu da onlar alırdı, hər müştəridən alınan puldan az bir hissəsini mənə verirdilər. Bir neçə il cinsi istismara məruz qalmışam. Daha sonra vizamın bitməsinə az qalmış, sənədlərimi Nuranədən geri alıb Azərbaycana qayıtmışam”.lent.az