İran hakimiyyəti Azərbaycana qarşı təxribatlara dövlətin əsas qurumlarını cəlb edib. Bu günlərdə ölkə parlamenti Azərbaycana qarşı bəyanat qəbul edib,. 210 fars deputatın imzası ilə yayılan sənəddə Azərbaycanın İsraildə səfirlik açması pislənir, eyni zamanda islam ölkələrinəv beynəlxalq təşkilatlarına çağırş edilərək bu bəyanata həmrəylik istənilir.
“Azərbaycan Respublikası hökumətinin bu hərəkəti onlara qarşı çoxlu mənfi siyasi nəticələrə səbəb olacaqdır…. Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyi və dünyanın azadlıqsevər nümayəndələrindən bunu qınamalarını xahiş edirik” – deyə, bədnam sənəddə yazılıb.
Qeyd edək ki, hazırda regionun aparıcı ölkələri, o cümlədən beynəlxalq güclərlə düşmənçilik münasibətlərdə olan İran tarixinin ən ağır dönəmini yaşayır. İslam coğrafiyasında dağılmış Suriya istisna olmaqla heç bir ölkə Tehranla normal əlaqələrə malik deyil. Beynəlxalq izoliyasiya, qonşu ölkələrlə qırlmış münasibətlər ölkəni darin siyasi, iqtisadi böhrana sürükləyib. Son aylar ölkədə yüzlərlə insanın qətli hesabına boğulan etirazlar, əhalinin dini rejimin simvollarını, hətta dövlət bayrağını yandırması mövcud hakimiyyətin süqutunun yaxında olduğunu göstərir.
Təhlilçilər bildirirlər ki, bu gərgin dönəmdə fars rejiminin problemini həll etmək əvəzinə Azərbaycana qarşı silsilə təxribatlara baş vurmasının bir səbəbi daxili böhrandan ictimai diqqəti yayındırmaq məqsədi daşıyır.
Politoloq Elxan Şahinoğlu da “AzPolitika.info”ya şərhində bildirib ki, İran parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin bundan əvvəl qəbul etdiyi sənədlər, bəyanatlar kimi heç bir perspektivi yoxdur.
Təhlilçi qeyd edir ki, Tehran süni şəkildə Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edir.
“Halbuki, özü bir neçə ərəb ölkəsi ilə münasibətlərini normallaşdırmağa çalışır, Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanla danışıqlar aparır. Çin də bu bölgədə ABŞ-ı əvəzləməyə çalışır, amma uğur qazanacağı sual altındadır. Çünki İranla Səudiyyəninin münasibətlərinin düzəlməsi uzun çəkə bilər. Bundan əvvəl də iki ölkə arasında münasibətlər olub, amma Azərbaycanla olduğu kimi, İran Səudiyyənin daxili işlərinə qarşıdığı üçün pozulub”, – ekspert vurğulayıb.
E.Şahinoğlu hesab edir ki, İran Azərbaycan əleyhinə qətnamə qəbul edib, çağırış ünvanlamaqla istəyir ki, tərəfdar toplasın: “Amma islam aləmində İranın müttəfiqi kimdir ki? Bircə Suriya var… Başqa müsəlman ölkələrinin İrana dəstək verəcəyini gözləmirəm, çünki bu münaqişədə haqlı olan Azərbaycandır,Tehran təxribatlarını davam etdirir. Azərbaycan qonşu ölkə ilə heç vaxt gərgin münasibətlər istəmir. Gərək, İran münasibətləri qaydaya salmaq üçün addımlar atsın, Azərbaycan səfriliyinə qarşı terror hücumu ilə bağlı istintaqın nəticələrini açıqlasın. Millət vəkilinə qarşı silahlı hücum baş verib, bu terror aktında İranın iştirakının olması barədə şübhələr var. Tehranın şübhəli mövqeyi Azərbaycanda ciddi suallar doğurur. Ona görə də belə mövqedə olan ölkənin özünə müttəfiqlər qazanacağını güman etmirəm. İran təxribatlarını davam etdirdikcə Azərbaycanamüxtəlif istiqamətlərdən beynəlxalq dəstək artacaq. Buraya ABŞ, Avropa İttifaqı, İsrail və strateji müttəfiqmiz Türkiyə daxildir”.
Follow @7timesaz