Xəbər verdiyimiz kimi, ARB telekanalının aparıcısı Zaur Kamal cənubi azərbaycanlı müğənni Afşin Azərini canlı efirdən qovub.
Sfera.az xəbər verir ki, həmin an verilişdə qonaq olan digər müğənni Aytac Vidadiqızı baş verənlərlə bağlı axşam.az-a açıqlama verib.
Aytac bildirib ki, kulisdə aparıcı ilə müğənni arasında gedən söhbətlərdən xəbərsiz olub:
“Mən də hər kəs kimi təəccübləndim. Reklam fasiləsində Zaurdan soruşdum ki, niyə belə etdin? Cavab verdi ki, guya Afşin ona başqa iranlı müğənniləri efirə çağırmamasını deyib. Onların verilişə gəlməsini istəməyib. Səbəb də bu olub. Mənim də başıma gələ bilər, hər şey yaşaya bilərik. Bu cür şərait yaranmamalıdır. Müğənni özü də bu cür şəraitə imkan verməməlidir. Amma bu məsələdə birtərəf qalmaq istəyirəm. Zaur Kamal mənim dostumdur, Aqşini isə ilk dəfədir orada gördüm”.
Qeyd edək ki, Zaur Kamalın sözügedən addımı ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Aparıcının bu hərəkətinə görə efirdən uzaqlaşdırılması və üzr istəməsi tələb edilir. Baş verənlərlə bağlı Audiovizual Şuranın və ARB televiziyasının rəsmi açıqlama yayacağı gözlənilir.
Follow @7timesaz