Türkiyə yığmasının və “Qalatasaray”ın əfsanəvi baş məşqçisi Fatih Terim Bakıya gələcək.
Qaynarinfo xəbər verir ki, “İmperator” iyunun 17-də paytaxtımızda olacaq.
Fatih Terim Bakı Konqres Mərkəzində çıxış edəcək. O, keçdiyi həyat yolundan, futbolda qazandıqları uğurlardan danışacaq.
Fatih Terim məşqçi olaraq “Qalatasaray”la 20 kubok qazanıb. Belə ki, o, Türkiyə Super Liqasının (8 dəfə), ölkə kubokunun (3), Super Kubokun (5), TSYD Kubokunun (3) və UEFA Super Kubokunun (1) qalibi olub.
“İmperator”un rəhbərlik etdiyi Türkiyə millisi 2008-ci il Avropa çempionatının yarımfinalında oynayıb.
Follow @7timesaz