“Moskva şəhərində müharibə ab-havası hiss olunmur. Hər şey qaydasında gedir hələ ki”
Bunu Moderator.az-a açıqlamasında hazırda Moskvada yaşayan müğənni Fədayə Laçın deyib. Müğənni rus rublunun ucuzlaşmasına görə insanlar arasında narahatçılıq olduğunu bildirib:
“Sadəcə insanlar arasında rus rublunun ucuzlaşmasına görə narahatçılıq var. Vəssalam!. Restoranımızda da müştərilərimiz azalmayıb, həmişəki kimi işimizə davam edirik. Erməni müştərimiz isə restoranımızda olmayıb”.
Müğənni deyib ki, Rusiya cəmiyyətində də insanlar tezliklə müharibənin dayandırılmasını arzulayırlar:
“Təbii ki, Rusiya cəmiyyətində də insanlar tezliklə müharibənin dayandırılmasını istəyirlər. Hamı sülhün tərəfindədir, heç kim müharibə istəmir. Burda da analar müharibədə olan övladlarına görə narahatdırlar. İnşallah tezliklə müharibə dayanar və hər iki qonşu dövlətimiz sülh içində yaşayarlar. Biz ancaq bunu istəyirik”.
F.Laçın bu gün azadlığa çıxacağı gözlənilən müğənni Manaf Ağayevdən də danışıb:
“Həmişə azadlıqda. Kişinin başına iş gələr. (Gülür)
Follow @7timesaz