Sumqayıtda fəhlə iş vaxtı bədbəxt hadisə nəticəsində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən 7Times.az -a bildirilib ki, yanvarın 18-i saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Follow @7timesaz