Tanınmış aktyor, 67 yaşlı Midhat Aydının sosial şəbəkələrdə fəhləlik etdiyini əks etdirən görüntülər yayılıb.
7Times.az xəbər verir ki, yayılan görüntülərlə bağlı Kult.az-a danışan aktyor həmin kadrların evində ustalara kömək edərkən qeydə alındığını bildirib.
O qeyd edib ki, 20 il bundan əvvəl Suraxanı dairəsi yaxınlığında tikdirdiyi evin ikinci mərtəbəsi illərdir maddi sıxıntılar, ardınca isə pandemiyaya görə təmir edilməyib:
“İndi təmir üçün ustalar çağırdım. Çox usta çağırmaq da olmur. Ümumilikdə 3 ustadır. Mən də o görüntülərdə sadəcə olaraq öz təşəbbüsümlə ustalara kömək eləmişəm. Görüntünü də fəhlələr çəkib. İndi də söhbət yayılıb ki, mən tikintidə işləyirəm. Fəhlə işləmək ayıb deyil, lazım gəlsə, gedib işləyərəm. Oğurluq eləmirəm ki? Amma videodakı yer tikinti yeri deyil, öz evimdir. Evimdə də işləməyib, harada işləyəcəyəm? Özümə də sağlamlıqdır. Əziyyət çəkməyi xoşlayıram”.
Follow @7timesaz