“İsrailin hücumları qarşısında Fələstin xalqının özünümüdafiə hüququ var”.
“Report” “WAFA” agentliyinə istinadən xəbər verir ki, bunu Fələstin dövlətinin rəhbəri Mahmud Abbas HƏMAS-la İsrail arasında oktyabrın 7-də başlayan silahlı toqquşmaya münasibət bildirərkən deyib.
Məlumata görə, Mahmud Abbas Fələstinin Ramallah şəhərində yüksək səviyyəli mülki və təhlükəsizlik rəsmilərinin toplantısını keçirib. O, toplantıda Fələstin xalqının qorunmasının vacibliyini vurğulayıb.
Follow @7timesaz