“Fənərbağça”nın sabiq futbolçusu Miroslav Stokun yeni ünvanı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, slovakiyalı futbolçu karyerasını Çexiyanın 3-cü liqasında çıxış edən “Motorlet” (Praqa) klubunda davam etdirəcək. Bu barədə Niderland mətbuatı məlumat yayıb. Xəbərə görə, futbolçu Praqa təmsilçisi ilə müddəti qışa qədər olan anlaşmaya razı olub.
Qeyd edək ki, Miroslav Stok 2010-cu ildə 5 milyon avro qarşılığında “Çelsi”dən “Fənərbağça”ya transfer olunmuşdu. O, İstanbul təmsilçisi ilə ümumilikdə 122 oyuna çıxıb və 20 qol vurub. 32 yaşlı oyunçu karyerası ərzində “Nitra”, “Tvente”, “Paok”, “Al-Ayin”, “Bursaspor”, “Slaviya” (Praqa), kimi komandalarda çıxış edib. Slovakiyalı yarımmuüdafiəçi son olaraq Çexiyanın yüksək liqa təmsilçisi “Slovan”da (Liberes) oynayıb. Stok 2009-2019-cu illərdə formasını geyindiyi Slovakiya millisində isə 59 matç keçirib və 6 qol vurub.
Follow @7timesaz