İdman

“Fənərbağça” futbolçusunu satıb, “Mançester Yunayted”in ulduzu ilə əvəzləyəcək

“Fənərbağça” futbolçusunu satıb, “Mançester Yunayted”in ulduzu ilə əvəzləyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbağça” klubu futbolçusu Migel Krespo ilə yollarını ayırıb, “Mançester Yunayted”in oyunçusunu transfer etmək istəyir.

7Times.az  “Aspor”a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi Avropanın bir çox klublarının yaxından maraqlandığı 26 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır. Baş məşqçi Jorje Jesus da futbolçunun getməsinə razılıq verib.

“Sarı-lacivərtlər” Kresponu “Mançester Yunayted”dən Fredlə əvəzləməyi planlaşdırır. Braziliyalı yarımmüdafiəçi də karyerasını Türkiyədə davam etdirməyə pozitiv yanaşır. 2024-cü ilin sonunda Fredlə müqaviləsinin müddəti başa çatacaq “Mançester Yunayted” futbolçunun mümkün transferi ilə bağlı son qərarı verəcək.

Qeyd edək ki, Fred cari mövsüm İngiltərədə 26 oyuna çıxıb, 2 qol və 1 assistə imza atıb.