İdman

“Fənərbağça” İngiltərə Premyer Liqasından ulduz futbolçu gətirir

“Fənərbağça” İngiltərə Premyer Liqasından ulduz futbolçu gətirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbağça”nın baş məşqçisi Jorje Jesus sağ cinaha yeni vinger transferi istəyir.

Offsideplus.az “Fotomaç”a istinadən xəbər verir ki, “sarı-lacivərtlər” bu mövqedə çıxış edən Adama Traore ilə yaxından maraqlanır. Portuqaliyalı mütəxəssis də “Vulverhempton”un formasını geyinən 26 yaşlı futbolçunun transferinə razılıq verib.

İstanbul təmsilçisi ispaniyalı vingeri qış transfer dönəmində heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında “Barselona”nın formasını geyinən Traorenin “Vulverhempton”la müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.