“Fənərbağça” klubu “Liverpul”un futbolçusu Nabi Keyta üçün hərəkətə keçib.
Offsideplus.az “Takvim”ə istinadən xəbər verir ki, “sarı-lacivərtlər” 18 yaşlı yarımmüdafiəçinin transferi üçün hərəkətə keçib. Klubun prezidenti Ali Koç qvineyalı oyunçunun “Fənərbağça”ya mümkün keçidi ilə bağlı danışıqlar aparır.
“Transfermarkt”də 20 milyon avro dəyəri olan Keytanın “qırmızılar”la müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.Qeyd edək ki, “Liverpul” 2018-ci ildə ulduz futbolçu üçün 60 milyon avro ödəmişdi. O, Mersisayd təmsilçisinin heyətində 128 oyuna çıxıb, 11 qol və 7 assistə imza atıb.Cari mövsüm zədələrlə mübarizə aparan Keyta 16 tur forma geyinə bilməyib, “Liverpul”un heyətində 90 dəqiqə meydanda olmayıb. Klubla müqaviləni yeniləməyən Nabinin mövsümün sonu komandadan ayrılacağı gözlənilir.
Follow @7timesaz