Ölkə

Fermadan “Makarov” oğurlandı – Sahibi də tutuldu

Fermadan “Makarov” oğurlandı – Sahibi də tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb.

 

Bu barədə 7Times.az –a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib

 

Şəxsin üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. N.Vəliyev dindirmə zamanı qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.

 

Bundan sonra həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

 

Faktla bağlı araşdırma aparılır.