Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
7Times.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunub.
Tərəflər iki ölkə arasındakı münasibətlərdə əldə olunacaq irəliləyişin Cənubi Qafqaz üçün həlledici olacağını vurğulayıb.
Tərəflər Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsini də müzakirə edib.
Follow @7timesaz