Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə XİN başçısı Hakan Fidan arasında danışıqlar yaxın vaxtlarda baş tutacaq.
7Times.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
“Yaxın vaxtlarda Rusiya və Türkiyə XİN rəhbərləri arasında danışıqlar Moskvada baş tutacaq”, – deyə Zaxarova konkret tarixi və qarşıdan gələn görüşün təfərrüatlarını açıqlamadan bildirib.
Kreml avqustun 25-də Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün tezliklə baş tutacağını açıqlayıb.
Follow @7timesaz