İdman

FİFA-dan Azərbaycan klubuna son XƏBƏRDARLIQ

FİFA-dan Azərbaycan klubuna son XƏBƏRDARLIQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Araz Naxçıvan”ın Vanderson Melo ilə bağlı problemi olduğunu diqqətinizə  çatdırmışdıq.

Belə ki, braziliyalı mövsümün əvvəlində Livanın “Rasinq” klubu ilə ön müqavilə imzalasa da, sonradan Naxçıvan təmsilçisinə keçib. Sonradan Beyrut təmsilçisi məsələ ilə bağlı FİFA-ya şikayət edərək Azərbaycan klubun 65 min dollar ödəməsini tələb edib. Əks təqdirdə, naxçıvanlılara transfer cəzası veriləcək, yarımmüdafiəçi isə 6 aylıq futboldan uzaqlaşdırılacaq.

Məsələ ilə bağlı Offsideplus.az-a bir müddət öncə açıqlama verən klubun icraçı direktoru Eldəniz Yusubov məlumatı təsdiqləsə də, Muxtar Respublika təmsilçisinin hansısa günahı olmadığını bildirmişdi.

Redaksiyamıza bu işlə bağlı yeni informasiya daxil olub. Sən demə, mövsümün əvvəlində Azərbaycan təmsilçisi braziliyalıya Livan klubundan 3 dəfə artıq maaş təklif edərək heyətinə cəlb edib. Beyrut kollektivi vəkilləri vasitəsi ilə bunun isbatını FİFA-ya təqdim edib. Qurumdan “Araz Naxçıvan”a sonuncu xəbərdarlıq edib. “Qırmızı bəyazlar” 65 min dolları ödəməsə, kluba 3 illik transfer etmək cəzası veriləcək.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.