Sosial

FIFA prezidenti Bakıya gəlir

FIFA prezidenti Bakıya gəlirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana gələcək.

7times.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ali futbol qurumunun rəhbəri bu gün AÇ-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün Bakıya gələcək.

AFFA-nın digər xəbərinə görə, bu qarşılaşmanı izləmək üçün UEFA-nın baş katibi Teodor Teodoridis də bu gün Azərbaycana gəlir.

Qeyd edək ki, bu gün keçiriləcək İsveçrə – Türkiyə oyununa saat 20:00-da start veriləcək.