İdman

FİFA prezidentinin qazancı bilindi – MƏBLƏĞ

FİFA prezidentinin qazancı bilindi – MƏBLƏĞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA prezidenti Canni İnfantinonun maaşı açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Sky Sports”-un əməkdaşı Rob Harris məlumat paylaşıb.

Mənbənin məlumatına görə, 2023-cü ildə yenidən prezident seçildikdən sonra isveçrəlinin qazancı yüksəlib. Onun 1,7 milyon funt-sterlinq (1,99 milyon avro) olan baza maaşı (2022) 33 faiz artırılaraq 2,3 milyon funt-sterlinqə (2,69 milyon avro) çatdırılıb. O, həmçinin Qadınlar arasında Dünya Çempionatı üçün 1,65 milyon funt-sterlinq (1,93 milyon avro) bonus alıb.

Baş direktorun futboldakı ümumi gəliri 4,21 milyon avro olub. İnfantinonun maaşını üç nəfərdən ibarət komitə müəyyənləşdirir.

Müddətinin sonuna qədər (2027) isveçrəli 2,69 milyon avro baza maaşı İlə təmin ediləcək. Bonuslar FİFA-nın himayəsi altında davam edən turnirlərdən asılı olacaq.