Dünya

FİFA sanksiyalarla bağlı mövqeyi Rusiyanı şoka saldı

FİFA sanksiyalarla bağlı mövqeyi Rusiyanı şoka saldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA RFİ-yə (Rusiya Futbol İttifaqı) qarşı sanksiyaları yüngülləşdirməyəcək.

Fanat.Az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, FİFA rəhbərliyi RFi-yə qarşı sanksiyaları yumşatmamaq və Rusiya millisini ən azı payıza qədər bütün beynəlxalq turnirlərdən kənarda saxlamaq qərarına gəlib.

Ötən həftə ali futbol qurumu Valeri Karpinin komandasının Polşa ilə 2022-ci il dünya çempionatının pley-off matçında iştirakına icazə vermək variantını nəzərdən keçirirdi. Bununla belə, FİFA rəhbərliyi Rusiya çempionatının oyunlarında siyasi şüarların görünməsindən çox məyus olub və sanksiyaları ilkin formada saxlamağı uyğun sayıb.

Xatırladaq ki, 20-ci turun “Axmat” – “Rubin” oyunundan əvvəl Qroznıdakı stadionda Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərinə dəstək aksiyası keçirilib, aksiyada azarkeşlərlə yanaşı, Çeçenistan klubunun prezidenti Maqomed Daudov da iştirak edib.