Dünya

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ baş verib

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ baş veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.

7Times.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri təxminən 679 min insanın yaşadığı General Santos şəhərindən 241 km cənub-şərqdə, zəlzələ ocağı 34 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.