7Times.az “The İndependent”ə istinadən xəbər verir ki, Netflix -in “Our Planet II” sənədli serialının çəkilişləri zamanı ekipajın köpək balıqlarının hücumuna məruz qaldığı məlum olub.
Nəşr yazır ki, sənədli film qrupu Havay adalarının şimalında Sakit Okean sularında çəkiliş apararkən köpək balıqlarından çətinliklə xilas olub.
Məlum olub ki, köpək balıqları komandanın şişmə qayığını dişləyərək deşiklər açıblar.
Radio Times-a danışan rejissor Toby Nowlan, köpək balıqlarının davranışının son dərəcə qeyri-adi olduğunu və heyvanların “inanılmaz dərəcədə ac” göründüyünü bildrdi:
“Köpək balığını qovmağa çalışdıq, amma o, heç bizi buraxmadı. Dəhşətli idi. Bu, həmin gün bizə hücum edən ikinci köpək balığı idi. Xoşbəxtlikdən sağ qalmağı bacardıq”.
Follow @7timesaz