Baş nazir Sanna Marinin rəhbərlik etdiyi Finlandiya hökuməti istefa verib.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) parlament seçkilərində uduzmasından sonra istefa məktubu prezidentə verib. Niinista hökumətin istefasını qəbul edib. Hökumət hələlik yeni kabinet formalaşana qədər fəaliyyətini davam etdirəcək. Marin həm də varisi seçilənə qədər ölkənin baş naziri olaraq qalır.
Follow @7timesaz