Finlandiyanın “Fennovoima” şirkəti “Rosatom” şirkəti ilə imzaladığı “Hanhikivi-1” atom elektrik stansiyasının tikintisi ilə bağlı müqavilədən imtina edib.
“Report” xəbər verir ki, bu barədə fin şirkətinin bəyanatında bildirilir.
Açıqlamada həmçinin deyilir ki, bununla bağlı qərar qəbul heç də asan qəbul edilməyib: “Belə böyük layihədə əhəmiyyətli mürəkkəbliklər var və qərarlar yalnız diqqətlə nəzərdən keçirildikdən sonra qəbul edilir. Biz baş verə biləcək mənfi təsirləri tam bilirik və onların yumşaldılmasına çalışırıq”.
Follow @7timesaz