Dünya

Finlandiya Rusiya ilə sərhədlərin bağlanması qərarını uzadacaq

Finlandiya Rusiya ilə sərhədlərin bağlanması qərarını uzadacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya yanvarın 14-dən sonra Rusiya ilə sərhəddəki keçid məntəqəsinin bağlanmasını uzatmaq niyyətindədir.

 

7Times.az  xəbər verir ki, Finlandiyanın daxili işlər naziri Mari Rantanen bunu MTV3 telekanalının efirində bildirib.

 

Yekun qərar hələ verilməyib: “Əlbəttə ki, mən kəşfiyyat məlumatlarını açıqlaya bilmərəm, amma deyəsən, Rusiyanın fəaliyyətində heç bir dəyişiklik baş verməyib”.

 

Dekabrın 14-də Finlandiya hökuməti Rusiya ilə sərhədi yanvarın 14-dək tamamilə bağlayıb. Qərar iki keçid məntəqəsində işlərin bərpasından bir gün sonra qəbul edilib. Noyabrda hökumət analoji qərar qəbul etsə də, bundan müəyyən qədər sonra bir müddət bəzi keçid məntəqələri açılıb.

 

Finlandiya hakimiyyəti miqrant axını ilə əlaqədar sərhədlərin bağlanmasını əsaslandırır. Finlandiya prezidenti Sauli Niinistö bildirib ki, miqrant axını Rusiya sərhədçiləri tərəfindən təhrik edilib və bunu NATO-ya üzv olan Finlandiyadan “Kremlin qisası” adlandırıb.