Dünya

Finlandiya Rusiyaya nota verib

Finlandiya Rusiyaya nota veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya səfiri Pavel Kuznetsov bu gün Finlandiya hava məkanının pozulması ilə əlaqədar Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA “yle”yə istinadən xəbər verir ki, Finlandiya hökumətinin məlumatına görə, “Rusiyanın iki hərbi təyyarəsi mayın 23-də Porvoo rayonunda hava məkanını pozub”.

Səfiri Finlandiya XİN-in Şərq departamentinin direktoru Mikko Kivikoski qəbul edib. Səfirə Finlandiyanın sərhəd pozuntusuna ciddi yanaşdığı bildirilib və məsələ ilə bağlı rəsmi izahat istənilib. Diplomat müvafiq nota verilib.

Finlandiya Sərhəd Xidməti hadisəni araşdırmağa başlayıb.