Finlandiyanın baş naziri Sanna Marin bildirib ki, ölkə NATO-ya üzvlük üçün müraciət etmək imkanını özündə saxlayır.
7Times.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.
Follow @7timesaz
O əlavə edib ki, Finlandiya Avropa İttifaqı ilə də müdafiə sahəsində əməkdaşlığı gücləndirir:
“Bizim NATO-ya üzvlük üçün müraciət etmək imkanımız var və bunu real hesab edirik. Biz həmçinin öz təhlükəsizlik qərarlarımızı vermək üçün seçim azadlığını yüksək qiymətləndiririk. Hazırda regionda vəziyyət qiymətləndirilir və qiymətləndirmənin nəticələrinə əsasən hərbi bloka üzvlüklə bağlı qərar veriləcək”.