Aktual

Finlandiya və İsveç rəsmiləri Ankaraya gəlir

Finlandiya və İsveç rəsmiləri Ankaraya gəlirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya və İsveç nümayəndə heyətləri NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün bu gün Ankaraya səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətlərini Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal qəbul edəcək. Danışıqlar prezident sarayında və Xarici İşlər Nazirliyində keçiriləcək.

Bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç və Finlandiya Ankaranı öz təkliflərinə inandırmaq üçün nümayəndə heyətləri göndərməklə məşğul olmamalıdır.

Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya qoşulmaq istəsə də, Türkiyə buna icazə vermir. Rəsmi Ankara bu iki ölkənin NATO-ya qoşulmasına qəti şəkildə razı deyil. Səbəb olaraq Finlandiya və İsveçdə PKK-nın terror təşkilatı kimi tanınmaması, FETÖ terrorçularının Türkiyəyə qaytarılmasına rədd cavabının verilməsi göstərilir. Qardaş Türkiyə mövqeyini israrla müdafiə edərək, Finlandiya və İsveç qarşısında 10 təklifdən ibarət şərtlər qoyub. Əgər adları çəkilən ölkələr Türkiyənin şərtlərini qeyd-şərtsiz qəbul etsələr, NATO-ya üzv olmaq şansı qazanacaqlar.