“Britaniyanın Ukraynaya uran mərmiləri tədarükü ən böyük eskalasiya hərəkəti olardı”.
7Times.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.
“Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətini “çökmək” sözü ilə izah etmək olar, buna ABŞ tərəfi cavabdehdir. START-ın dayandırılmasından sonra Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə imkanlar əldə etdi. Şimali Avropanın təhlükəsizliyi Finlandiya NATO-ya daxil olduqdan sonra artmayacaq, əksinə zəifləyəcək. Rusiya Federasiyası Finlandiyanın NATO-ya daxil olmasına sakit şəkildə, lazımi anda cavabını verəcək”, – deyə Lavrovun müavini bildirib.
Follow @7timesaz